15 Sentyabr 2015 15:41
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıya səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, Nəsimi bələdiyyəsinin dəvəti ilə gercəkləşdirilən səfərdə Türkiyə tərəfdən nümayəndə heyətinə İzmit/Koceli Bələdiyyəsinın sədri Nevzat Doğan rəhbərik edir.

Nümayəndə heyəti Nəsimi rayon İcra Hakmiyyətində, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində, habelə Milli Məclisin Regional Məsələlələr Komitəsində görüşləri nəzərdə tutulub.

Bu gün Nəsimi RİH-də keçirilən görüşdə Nəsimi bələdiyyəsi ilə İzmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanma mərasimi keçirilib. Bu sənədin imzalanmasının əsas məqsədi isə iki bələdiyyə arasında qardaşlıq, dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.

İmzalanma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladıb. O, “Bakı-2015” Birinci Avropa Oyunları zamanı Azərbaycan xalqının Türkiyə mili komandasını öz milli komandası kimi dəstəklədiyini söyləyib.

İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan iki xalq arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayıb. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar isə TADEF-ə Türkiyədə yaradılan şəraitdən və fəaliyyətlərindən söz açıb. O, N. Doğanın TADEF-ə hər zaman dəstək verdiyini, Kocaelidə Xocalı abidəsinin ucaldıldığını nəzərə çatdırıb.

A.Əsgərov qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.

Görüşdə İzmit Bələdiyyəsinin sədrinə qədim və müasir Bakının təsvirləri yer alan rəsm əsərləri hədiyyə edilib. Daha sonra Nəsimi bələdiyyəsi və Türkiyənin İzmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər