18 Sentyabr 2015 17:28
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, dünən Sumqayıtdan Bakıya gələn elektrik qatarı Keşlə yük mənzilinin 26-56-cı kilometrliyindən keçərkən qəsəbə sakini Qətibə İsmayıl qızı Abdullayevanı vurub.

Bu xəbərin yayılması elektrik qatarının yolunun təhlükəsizliyi ilə bağlı məsələni gündəmə gətirib. Bununla bağlı musavat.com-a açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov bildirib ki, baş verə biləcək bədbəxt hadisələrlə bağlı tədbirlər görülür:

“Keşlə qəsəbə sakini Qətibə Abdullayevanın özünü qatarın altına atması faktı, qatarda olan nəzərət kameraları tərəfindən çəkilən görüntülərdən də açıq şəkildə görünür. Bu kimi bədbəxt hadisələrin qarşısını almaq üçün Bakı-Sumqayıt qatarını bizim xüsusi mühafizə dəstəmiz müşahidə edir. Hazırda da onlar iş başındadırlar. Növbəti aylar ərzində qatarın keçdiyi yaşayış yerlərində dəmir yolu xəttinin ətrafında, təhlükəsizlik üçün çəpərlər tikiləcək. Çəpərlənmə işləri “Koroğlu” stansiyasına qədər həyata keçirilib. Bu işlər davam etdiriləcək. İnsanlar bu qatarın sürətindən məlumatsız olduqları üçün dəmir yolu xəttinə çıxırlar. Nəticədə isə bu kimi hadisələr baş verir".

Nadir Əzməmmədov həmçinin qeyd edib ki, ərazilərdə yaşayan insanlarla da görüşlər keçirilir və sakinlər təlimatlandırılır.


Müəllif:

Oxşar xəbərlər