Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, oktyabrın 1-2-də belə hava şəraitinin davam edəcəyi gözlənilir.
G.Məmmədova ötən illər ərzində də sentyabrın son, oktyabrın ilk günlərində belə isti hava şəraitinin müşahidə edildiyini söyləyib.