Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC abunəçilərin işini asanlaşdırıb.
Publika.az xəbər verir ki, artıq abunəçilər telefonla bağlı problemlərini SMS vasitəsi ilə MMC-yə ünvanlaya bilərlər.
Telefonla bağlı problemin həlli üçün istənilən mobil operatordan 077 335 0000 nömrəsinə sms göndərmək mümkündür.
Mesaj telefon nömrəsi, problemin qısa təsviri, adınız formasında müəyyən olunub. Problemin qısa təsvirinin və adın yazılması məcburi deyil. Telefon nömrəsinin şəhər (rayon) kodu ilə birgə yazılması tələb olunur.