“Meydan.tv”-nin saytında “Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərdə oktyabrın 10-da Göygöl rayonu Çaykənd kəndində vətəndaşın evinin yanması və yanğınsöndürənlərin müdaxilə etməməsi xəbəri tam yalandır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin tarixdə baş vermiş yanğın hadisəsi və yanğının operativ olaraq söndürlməsi barədə məlumat FHN-in rəsmi saytında eyni gündə saat 20:30-da yerləşdirilib. Vətəndaşın yanan evi “Meydan.tv”-nin xəbərində iddia edildiyi kimi 60 kvadratmetr deyil, 200 kvadrat metr olub. 3 otaqdan 1 otaq və bitişik tikililər yanğından mühafizə olunub.
İLHAMƏ