27 Oktyabr 2015 00:54
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq ictimaiyyət Azərbaycanda gedən demokratikləşmə proseslərinə inanır.

Teleqraf.com xəbər verir ki, bu fikri Secki-2015.az saytına açıqlamasında TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib. O deyib ki, seçki gününə bir qədər vaxt qalsa da, prosesə ciddi marağın olduğu müşahidə edilir: "MDB-dən və digər ölkələrdən çoxlu sayda müşahidəçinin gəlməsi dünya ictimaiyyətinin noyabr seçkiləri ərəfəsində Azərbaycanda gedən demokratikləşmə proseslərinə inamının göstəricisidir. Parlament seçkiləri Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı sahəsində növbəti mərhələ olacaq”.

Mixail Qusman bildirib ki, Azərbaycanda seçki prosesi qanunlara ciddi riayət olunmaqla davam edir. Namizədlərin çıxışları və müzakirələri göstərir ki, Azərbaycanda parlament seçkiləri demokratik dövlətə xas olan formada keçiriləcək. Hər seçki demokratiya istiqamətində növbəti irəliləyişdir.

Azərbaycan-Rusiya münasibətlərindən danışan M.Qusman əlaqələrimizin tarixin ən gözəl dövrünü yaşadığını vurğulayıb. O deyib: “Ölkələrimiz arasında əlaqələr inkişaf edir. Əlbəttə ki, müxtəlif mövzularda daim diskussiyalar aparılır. Ümumi planda münasibətlər bundan daha yaxşı ola bilməz. Zənnimcə, yeni parlament əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Rusiya deputatları arasında sıx əlaqələr mövcuddur.

Tanınmış jurnalist yaxın günlərdə müşahidəçi qismində Azərbaycana gələcəyini də diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər