4 Dekabr 2015 21:42
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Teleqraf.com xəbər verir ki, uzun illər teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan biri olan “Dovşanın ad günü” əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək.

Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.
Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova və başqaları ifa edəcəklər.

Yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının sonlarında məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.

Nərmin


Müəllif: