15 Dekabr 2015 20:04
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və iclasın nəticələrini əks etdirən yekun protokol imzalanıb.

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər