Sərhədçilərin sayıqlığı nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
DSX mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 12-də saat 01:00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirilmiş 1500 qutu “MM” siqaretlərini gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.
Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayəsində 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azərbaycana gətirərkən Balakən rayon sakinləri Əliyev Ramazan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıblar.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BƏXTİYAR