19 Dekabr 2015 10:56
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova bir qədər əvvəl dünyasını dəyişib.

Musavat.com-un məlumatına görə, son günlər vəziyyəti ağırlaşan Gülər Məmmədova üç gündür süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir müddət sonra yenidən eyni xəstəliyə tutulmuşdu. Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu. Ailə müalicə üçün evlərini satmış və kirayəyə köçmüşdü.

Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb.

Allah rəhmət eləsin!


Müəllif:

Oxşar xəbərlər