29 Dekabr 2015 10:53
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı-Moskva ASC-nin (ABB-Moskva) Müşahidə Şurasının tərkibi açıqlanıb.


APA-nın xəbərinə görə, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M.Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir.

Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F.İslamov ABB-nin baş direktoru, M.Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.

Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q.Hüseynovun rəhbərliyi dönəmində şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub. Əlavə edək ki, E.Həbibullayev hazırda ABB-nin baş direktorudur.


Müəllif:

Oxşar xəbərlər