19 Fevral 2016 17:19
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva İzmir valisi ilə Xocalı Soyqırımının dunyada daha geniş tanıdılmasını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Q. Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsib, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev, İzmirdə fəaliyyət göstərən azərbaycanlı alim Gülmira Kuruoğlu İzmir valisi Mustafa Toprakla görüşüb.

Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak etmək üçün İzmirə səfər etdiyini deyən millət vəkili Q.Paşayeva Ankarada həyata keçirilən terror hadisəsinə toxunaraq bildirib ki, qardaş Türkiyədə şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru, ona dəstək verən gücləri və dövlətləri lənətləyirik.

Q.Paşayeva valiyə Ermənistanın 24 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışıb və bildirib ki, bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün bütün Türk dünyası birlik içində fəaliyyətlərini daha da artırmalıdır:

“Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı birlikdə daha da sürətləndirməliyik”.

İzmir ilə Bakı şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

İzmir valisi Mustafa Toprak bildirib ki, hər zaman Azərbaycanla bağlı, izmirdə yaşayan və təhsil alan azərbaycanlılarla bağlı məsələdə əlindən gələn dəstəyi göstərməyə hazırdır.

Görüşün sonunda Q.Paşayeva İzmir Valisi Mustafa Topraka Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib və onu ölkəmizə dəvət edib.


Müəllif:

Oxşar xəbərlər