Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir.
QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələblərinə gəlincə, xanımlar üçün yaş 18 – 30 arası, boy minimum 170 sm, təhsil tam orta təhsil, dil bilikləri Azərbaycan dili – əla, oğlanlar üçün yaş: 22 – 30 arası, boy minimum 170 sm, hərbi mükəlləfiyyətli, təhsil texniki ali, dil bilikləri Azərbaycan dili – əla. Xarici dil bilmək arzuolunandır.
Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir. Müraciət üçün son tarix 04.03.2016-cı ildir.
Naibə QURBANOVA