Əməkdar artist Gülüstan Əliyeva mayın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında müğənni özü deyib.
Müğənninin sözlərinə görə, konsertdə xalq mahnıları ilə yanaşı bəstəkar mahnılarına da yer veriləcək: “Bir neçə ildir Heydər Əliyev Sarayında konsert vermək istəyirdik. Amma heç cür qərara gələ bilmirdik. Dekabr ayında Milli Konservatoriyadakı konsertimdən sonra qəti şəkildə qərara gəldim ki, Sarayda da konsert vermək zamanı yetişib.
Sənət dostlarım Sarayda konsert verməyimi çox istəyirdilər. Bu işdə onların təkidi də böyük rol oynadı.
Konsertdə yeniliklər olacaq. Amma bunlar haqda sonra məlumat verəcəm, çünki hazırda onunla bağlı işlər davam edir. Dəqiqləşəndən sonra yeniliklər barədə danışmaq daha asan olacaq”.
Nərmin