Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə aprelin 8-də Beyləqan şəhərində vətəndaşlarla görüşəcək.
Bu barədə Teleqraf.com-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Qəbulda Beyləqan, Füzuli, Zərdab və İmişli rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul saat 11:00-da Beyləqan şəhəri, Gənclər Mərkəzində (Heydər Əliyev pr., 7) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etmələri xahiş olunur.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
İlhamə