İntensiv yağışlar nəticəsində Hacıqabul rayonundakı Pirsaat su anbarında suyun səviyyəsi xeyli yüksəlib.
Teleqraf.com xəbər verir ki, sel suları rayonunun bəzi kəndlərində fəsadlar törədib, Pirsaat su anbarı ətrafında təhlükə yaradıb. Rayonun Rəncbər kəndi istiqamətində bəzi təsərrüfat sahələri və “Cənub” qaz kəmərinin tikinti işləri aparılan ərazisinin bir hissəsi də su altında qalıb.
Hacıqabul rayon fövqəladə hallar komissiyası, meliorasiya və su təsərrüfatı idarəsinin texnikası sel sularının tənzimlənməsi istiqamətində operativ tədbirlər həyata keçirirlər. Fövqəladə hallar komissiyasından verilən məlumata görə, sel sularının bundan sonra da çoxalması gözlənilir.
Hazırda ərazidə sel sularının qarşısının alınması və yaşayış ərazilərinin mühafizəsi istiqamətində əlavə tədbirlər görülür.
İlhamə Əbülfət