23 Aprel 2016 12:27
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib.

Nazir Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun rolunu qeyd edib.

Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər