Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizələrin qəbulu başlayır.
Teleqraf.com xəbər verir ki, sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan respublika rayonları üzrə ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizə qəbulu başlayır.
Mövcud qaydalara əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizələrin qəbulu ilə bağlı Nazirliyin saytında geniş məlumat verilib. İmtahanda iştirak etmək istəyənlər Təhsil Nazirliyinin saytında elektron qaydada qeydiyyatdan keçməlidirlər.