2 İyun 2016 12:03
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun gəlini Mehriban Şəmsəddinskaya paytaxt otellərindən birində keçirilən xeyriyyə tədbirinə qatılıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, rəssamlıqla məşğul olan M.Şəmsəddinskaya autizm xəstəliyindən əziyyət çəkən uşaqların moda nümayişində iştirak edib. Rəssamın çəkdiyi əsərlər balaca modellərin geyindiyi libasların üzərində əks edilib.

O, tədbirə öz rəsm əsərinin eynisindən hazırlanan köynək geyinib.

Qeyd edək ki, Mehriban Şəmsədinskaya Azərbaycanın tibb sahəsində tanınmış nəslin nümayəndəsidir. Görkəmli cərrah Musa Şəmsədinskinin nəticəsi, Əməkdar elm xadimi, Tibb Elmləri doktoru Naziyə Şəmsədinskayanın nəvəsidir.

Xatırladaq ki, baş bankirin qızı Günel Rüstəmova da tanınmış modelyerdi.


Müəllif:

Oxşar xəbərlər