4 Dekabr 2017 12:10
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu Masazır qəsəbəsində 1994-cü il təvəllüdlü Vüsal Şıxəliyev qısqanclıq zəminində1975-ci il təvəllüdlü bibisi Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Vüsal Şıxəliyev tutulub. O, ifadəsində hadisəni Yeganə İmamverdiyevanın oğlu, 1999-cu il təvəllüdlü Kamillə birgə törətdiyini bildirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov