Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Dmitri Fukalova rayon ərazisində 2 naməlum şəxs zor tətbiq edib, ondan 1080 manat və 168 ABŞ dolları alıb.
Zərərçəkmiş 25-ci polis şöbəsinə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Eldar Eyyubov və Təbriz İbrahimli həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.