Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 27-ə təyin edilib.
İttihama görə, Xudafərin MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə İdarəsində araşdırılıb. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Adı çəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.