7 Oktyabr 2020 11:30
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com-un xəbərinə görə, rayonun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi “QAZ-31029” markalı avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov