13 Yanvar 19:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar.

“İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7 şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb”, - məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər