15:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəyaz Diş Gənclik" MMC-nin əmlakını mənimsəməkdə təqsirləndirilən Nigar Zaur Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxsə hüquq və vəzifələri izah olunub.

Zərərçəkmiş MMC-nin nümayəndəsi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Bildirib ki, gələcəkdə təqsirləndirilən şəxs məhkəmədən yayına bilər.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Bildirib ki, MMC nümayəndəsinin vəsatətinin təmin olunması üçün əsaslar yoxdur.

Təqsirləndirilən şəxsin vəkili Səlahəddin Cəfərov da vəsatətin təmin olunmamasını istəyib və işin məhkəmə baxışına verilməsini xahiş edib.

Müşavirədən sonra hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.

Zərərçəkmişin nümayəndəsinin vəsatəti təmin olunmayıb. Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı yanvarın 27-ə təyin olunub.

İttiham aktına görə, klinikanın qəbulunda işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.

Nigar Süleymanovanın barəsində Cinayət Məcəlləsininin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə "Bəyaz Diş Gənclik" MMC zərərçəkmiş qismində tanınıb. MMC-nin təsisiçisi və direktoru Ramiz Cəlilovdur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər