28 Yanvar 15:29
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə aparılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Rima Ağalarovanın məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Rima Ağalarovaya 5 il müddətinə cəza verilib. Onun cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib. Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb.

Hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüb, bir neçə nəfər xəsarət alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər