27 Yanvar 11:20
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1994-cü il təvəllüdlü F.Vəliyevin (şərti soyadlı) barəsindəki cinayət işi üzrə hökm oxunub.

Rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə təqsirli bilib. İstintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan şəxsə 2 il yarım həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. Xaçmaz şəhər sakini olan F.Vəliyev hadisə vaxtı evində olan ov tüfəngini “Hyundai İ30” markalı avtomobilinə qoyaraq həmin kəndin məscidinə gedib. O, məscidə daxil olaraq oradakı şəxsləri və imamı hədləyib, səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Lakin hadisə vaxtı F.Vəliyev atəş açmayıb.


Müəllif: Taleh

Oxşar xəbərlər