Yəmən Rusiyanı gizli şəkildə husiləri silahla təmin etməkdə günahlandırıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə xarici işlər naziri Riyad Yasin bildirib.
Onun sözlərinə görə, xarici vətəndaşları evakuasiya etmək üçün Yəmənə gələn Rusiya təyyarələrinin yük yerində silah-sursat olub. Həmin silah üsyançılara verilib.
Diplomat Rusiyadan bu məsələyə aydınlıq gətirməyi və Yəməndəki silahlı qarşıdurmaya mdaxilə etməməyi tələb edib.
Nihad