21 Aprel 2016 00:52
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizlə görüşüb.


Teleqraf.com xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, Orta Şərqdə baş verənlər, terrorla mübarizə yolları müzakirə edilib.

Obama Ər-Riyadda Fars Körfəzi ölkələrinin liderləri ilə görüşəcək.

Qeyd edək ki, ABŞ konqresi 11 sentyabr hadisələrinə görə Səudiyyə Ərəbistanının məsuliyyətə cəlb olunacağı barədə layihəni müzakirəyə çıxarsa da, Obama bunun əleyhinə olub. Rəsmi Ər-Riyad isə belə olacağı təqdirdə ABŞ-da olan 750 milyardlıq aktivlərini donduracağı ilə bağlı Vaşinqtonu təhdid etmişdi.


Müəllif: