10 İyun 2016 18:19
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Üç gün və bir ömür” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, filmin süjet xətti doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmasından bəhs edir.

Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli canlandırırlar.

Film çəkilməyə başlayan gündən başı qalmaqaldan açılmayıb. Yerli kinorejissorlar filmin cənubi azərbaycanlı Babək Şirinsifətə tapşırılmasına kəskin etiraz ediblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər