10 Avqust 2016 12:53
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölülər XXI əsr” filminin post-prodakşn işləri bu yaxınlarda yekunlaşıb”.

“Planet Parni iz Baku Films”dən Teleqraf.com-a verilən məlumatda belə deyilib.

Hazırlıq mərhələsinə ötən ilin yanvar ayından başlanan, çəkilişləri isə yay aylarında aparılan filmin montajı Litvanın Vilnüs şəhərində, səsin montajı isə Moskvada baş tutub.

Quruluşçu operator Litvanın ən peşəkar operatorlarından olan Saulius Lukoseviçiusdur. Səs rejissoru isə hazırda Rusiyada yaşayan həmyerlimiz Rüstəm Məmmədovdur.

Filmin əsas soundtreki Faiq Sücəddinovun bəstələdiyi “Vətən haqqında ballada”dır.

Filmdə Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Valeh Kərimov, Elnar Qarayev, Rövşən Kərimduxt və başqaları çəkilib.

“Ölülər XXI əsr” satirik komediyası sentyabrın 22-dən bütün kinoteatrlarda yayımlanacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər