1 Sentyabr 2016 16:17
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay istirahətinin ardından teatrlar işə başlayır.

Teleqraf.com xəbər verir ki, bu gündən teatrların yaradıcı və texniki işçiləri işə çıxıb, yeni mövsümün açılışına hazırlaşırlar.

Aktyor və aktrisalar bu günü özünəməxsus şəkildə qeyd ediblər. Kimi sosial şəbəkədə yazdığı statusla, kimi isə paylaşdığı fotolarla... Onların bəzilərini sizə təqdim edirik:

Xalq artisti Firəngiz Mütəllimova sənət dostları Sənubər İsgəndərli, Vəfa Zeynalova, Elşən Cəbrayılov, Dilarə Nəzərova, Aslan Şirinovla selfi çəkdirərək instaqramda paylaşıb: “Teatr işə başladı”.

Əməkdar artist Nofəl Vəliyev bu il fəxri ad alan həyat yoldaşı Leyli Vəliyevayla fotosunu feysbukda paylaşaraq, 25 illik teatr yaradıcılıqlarını bu sözlərlə qeyd ediblər: “Yeni teatr mövsümü başlanır. Düz 25 ildir ki, teatrda işləyirik. İnşallah, bu mövsüm düşərli olar. Yeni yaradıcılıq uğurlarına yetişərik. Gülməli və sentimental olsa da yazacam: mən teatrı sevirəm”.

Gənc Tamaşaçılar Teatrının (GTT) aktrisası Günel Məmmədova: “Teatr sezonu başlayır. Sizin qarşınıza biri-birindən maraqlı tamaşalarla gəlirik! Bizə uğurlar! Biz sizlər üçün çalışırıq”.

GTT-nin gənc aktrisası Səbinə Məmmədova: “Yeni bir teat mövsümünə başlayırıq. Çox dəyərli GTT kollektivi üçün hədsiz darıxmışam. Mənim sidq ürəkdən edilən dualara çox ehtiyacım var. Bacaranlardan dua istəyirəm. Allah hər birimizə səbr, güc və ruzi versin”.

Nərmin


Müəllif: