26 Sentyabr 2016 17:22
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri mərhum aktyor Tarık Akanın oğlu Barış Üregül atasıyla bağlı ittihamlara cavab verərkən deyib.

O, keçirdiyi mətbuat konfransında bəzi məsələlərə aydınlıq gətirib:

-Əminiz Turqut Üregülün atanıza qarşı sərt münasibətinin səbəbi nə idi? Niyə hələ də onun yaxasını buraxmır?

-Əmim illərlə atamla mübarizə aparmış və bu mübarizələrdə həmişə məğlub olmuş adamdır. Atamı heç sevmirdi. Bunun siyasi, ailədaxili və qısqanclıqla bağlı səbəbləri var. Nənəmin vəfatından sonra miras məsələsində imzalı sənədlər olduğu halda belə atama iftira atdı.

-Atanız sağ olarkən, onlar bir-birləyirlə görüşürdülər?

-10 ildir ki, heç görüşməyiblər. Atamı sevmirdi, onu “vətən xaini, dinsiz, ateist” adlandırırdı. Ona görə o adamın bizim ailəmizlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Öz yoluyla getsin, öz həyatını qursun.

-Bir ara əminizin atanızın nəşini xəstəxanadan almağa çalışdığını, lakin sizin ona əngəl olduğunuz deyilirdi.

-Xəstəxana bir insanın nəşini ən yaxın qohumlarına verir. Ən yaxını da övladlarıdır. Ona görə əlbəttə ki, nəşi biz almalıydıq. O adamın məktəbə də, xəstəxanaya da gəlməsinə icazə yox idi. Çünki atam həyatda olanda bu qadağa var idi. Və o qadağa indi də davam edir.

-“Tarık Akan adətlərə uyğun dəfn edilmədi” xəbərləri doğrudurmu?

-Məscidə zəng edib, soruşa bilərsiniz. Hər şey islam qayda-qanunlarıyla baş verdi.

-Atanızın dinsiz olmasıyla bağlı gündəmdə olan ittihamlar sizə ağır gəlmir?

-Əlbəttə ağırdır. Biz ailəlikcə dinimizi bütöv yaşayan müsəlmanlarıq. Dinin Allahla qul arasında olduğunu düşünüb, bunu reklam etməyin tərəfdarı olmamışıq. Yəni atam kimi düşünürük. Atam dinsiz, ateist deyildi. Dövlətlə din işlərinin də bir-birindən ayrı olmasının tərəfdarı idi.

Pərvin


Müəllif:

Oxşar xəbərlər