24 Yanvar 2017 17:03
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq.

Yaponiyanın ölkəmizdəki səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, “Ləndmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək.

Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.

Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.

Üç gün davam edəcək festivalda hər kəs iştirak edə bilər.


Müəllif:

Oxşar xəbərlər