2 mart tarixindən etibarən “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişinə başlanır.
Teleqraf.com xəbər verir ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq.
“Xeyirlə Şərin rəqsi” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Film xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında lentə alınıb.
Ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırırlar.
Nərmin