Mart ayının 8-də Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, hər il teatrın gənc aktyoru, Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
Əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaqla, həmin gün onları məişət problemlərindən uzaqlaşdırmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.
Şou-proqramda İlham Əsədovun və dəvət olunmuş qonaqların ifasında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər və parodiyalar təqdim ediləcək.
Nərmin