23 Aprel 2014 18:43
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 23-də yerli media nümayəndələri “28 Cinema” kinoteatrında olublar.

Teleqraf.com-un xəbərinə görə buna səbəb kinoteatrın jurnalist və bloqqerlər üçün öncədən nümayiş təşkil etməsi olub. Tədbir çərçivəsində KİV nümayəndələrini mövsümün gözlənilən filmlərin olan “Jiqolo maskası altında” filmini izləyiblər.

Baş qəhrəman Vudi öz varlı olmayan dostuna maraqlı biznesdə - imkanlı qadınlarla eşq oyunlarında sutenyor xidmətləri təklif edir. İşlərin yağ kimi getdiyi halda, bır sıra gülməli və biabırçı uğursuzluqlardan sonra məlum olur ki, onlar məhəbbət və pul axınının əksinə üzürlər.

Qeyd edək ki, “Jiqolo maskası altında” filmi aprel ayının 24-dən etibarən “28 Cinema”da nümayiş olunmağa başlayacaq.

Nərmin


Müəllif: