Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:
- …nə düşünərdiniz?
- Heyf, belə gənc və gözəl qadın ölür…
- … hansı yeməyi yeyib hansı içkini içərdiniz?
- Süd içərdim. Yemək barədə düşünməzdim.
- …kiminlə görüşmək istəyərdiniz?
- O an ilk ağlıma gələn insanla.
- …hansı ölkəyə getmək istərdiniz?
- Bilmirəm…
- …kimi öpərdiniz?
- Bütün doğmalarımı… Bir-bir…
- …hansı kitabı oxuyardınız?
- Daha heç bir kitabı oxumazdım.
- …hansı musiqiyə qulaq asardınız?
- Təbiətin səsini dinləyərdim. Külək əsərsə, küləyin, yağış yağarsa yağışın səsini…
- …kimə və nə hədiyyə alardınız?
- Öz sevimli əşyalarımı bağışlayardım doğmalarıma…
- …hansı filmə baxardınız?
- Filmə baxmazdım. Pəncərədən baxardım.
- Son 3 kəlməniz nə olardı?
- Allah, günahlarımdan keç!
…Öləcəyimi bilsəydim bu suallara da cavab verməzdim…