Teleqraf.com xəbər verir ki, ədəbi məclisin bu dəfəki tədbiri zindan həyatı yaşayan iki şair – Adil Şirin və Kamil Vəfadara həsr olunub.
Oxucular həmin gün şairlərin kitablarını da əldə etmək fürsəti qazanacaqlar. Əldə olunan vəsait şairlərin ehtiyaclarına sərf olunacaq.
Tədbir iyulun 15-də saat 15-00-da Əhmədli metro stansiyasının çıxışında yerləşən “ÇİNAR” çay evində keçiriləcək. Giriş 2 manatdır.
İlham Qəhrəman təsis etdiyi “Söz qonağı” ədəbi məclisinin yazarlarla oxucuların görüşünü keçirməyi, onların kitablarının satışına yardım göstərməyi, qələm adamlarına mənəvi-maddi dəstək olmağı hədəflədiyini vurğulayıb.