Ayaz Salayev Teleqraf.com-a açıqlamasında hazırda Bakıda olduğunu və ad gününü ailəsi ilə qeyd etdiyini vurğulayıb.
Ayaz Salayev 1960-cı il avqustun 1-də Bakıda anadan olub.
1995-ci ildə çəkdiyi "Yarasa" filmi 30-dan çox ölkədə keçirilən müsabiqələrdə iştirak edib. Film Fransanın Anje şəhərində Beynəlxalq Avropa kinosu festivalında qran-priyə layiq görülüb.
Son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixi fənnindən dərs deyən kinorejissor vaxtilə apardığı "Retro" verilişi ilə kinosevərlərin yaddaşına həkk olunub.