Lider TV ilə əməkdaşlığa son qoyan aparıcı Lamiyə Ələkbərqızı İctimai Televiziyada işə başlaması xəbərini təsdiq edib.
Teleqraf.com-a açıqlamasında aparıcı artıq tele-şirkətlə müqavilə bağladığını bildirib:
“Hazırda İctimai TV-dəyəm. İlk iclasımızda iştirak etdim. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Bədii, əyləncə, musiqi verilişləri və xüsusi layihələr departamentinə rəhbər təyin olunmuşam. Artıq müqavilə də bağlamışıq. Başqa heç nə deyə bilmərəm. Maraqlandığınız üçün təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Lamiyə Ələkbərqızı əvvəllər AzTV-də fəaliyyət göstərib. 11 il idi "Lider" telekanalında çalışırdı.
O, son zamanlar təkcə “Həyat tərzi” layihəsinin aparıcısı yox, həm də telekanalın icraçı direktoru vəzifəsini icra edirdi.