Aparıcı Nurlana Cəfərovaya Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində rəhbər vəzifə verilib.
Teleqraf.com xəbər verir ki, o, Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru vəzifəsinə təyin olunub.
Bu haqda Nurlana sosial şəbəkədə xəbər yayıb.
Qeyd edək ki, o, əvvəllər ATV kanalında və 106 FM-də çalışıb. Daha sonra “Mədəniyyət” kanalında aparıcı kimi fəaliyyət göstərib.