Sabah AMEA-nın Mərkəzi Elmi Kitabxanasında üçgünlük “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılış mərasimi olacaq.
Türkiyə səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri iştirak edəcək.
Tədbirdə kitabçılığın inkişaf etdirilməsi yolları, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçiriləcək layihələr haqda məruzələr oxunacaq.