Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə fəxri ad alanlar siyahısında gənc pianoçu Turan Manafzadənin də adı var. O, məşhur pianoçu İslam Manafovun qızıdır.
M. Turan əməkdar artist adına layiq görülüb.
Qeyd edək ki, İslam Manafzadə və ailəsi uzun illərdir Türkiyədə yaşayırlar.