Azərbaycanda fəaliyyət göstərən məşhur opera və vokal ifaçısı Oya Ergün ad gününü qeyd edib.
Teleqraf.com xəbər verir ki, o, ad günündə qonaqlara sürpriz konsert proqramı təqdim edib.
Türkiyəli opera ifaçısı anşlaqla keçən konsertində Azərbaycanın bəstəkar mahnıları və klassik əsərlərini oxuyub:
"Konsertim ad günümə təsadüf etdi. Bu, məni çox sevindirir. Ad günümə gələn bütün dostlarıma təşəkkür edirəm. Hər bir insanın arzusu var. Mənim arzum bütün dünyada sülhün bərqərar olması, insanların sağlam, xoşbəxt yaşamasıdır".
Oya Ergünü pianoda Nərgiz Əliyeva müşayiət edib.