Özünü asaraq intihar edən gənc müğənni Sura ilə duet oxuyan Əməkdar artist Tünzalə Ağayeva Facebook səhifəsində bu haqda status yazıb:
"Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın getdin, Sura... Nakam yaşda getdin balam .... Səninlə hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur , rehmet elə Ya Rəbb, saf - məsum balamızın axirətini gözəl elə, məkanını cənnət elə! Faciəvi şəkildə dünyasını deyişən Suranın ailesinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın!! Amin"