23 Sentyabr 2019 23:27
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində tanınmış amerikalı caz ifaçısı Mişel Uoker konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, konsert XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.

Konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edib.

Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İfaçını yalnız romantik düşüncəli təqlidçi kimi təsnif etmək səhv olardı. İncə ifa tərzi ilə seçilən vokalist klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir.

Qeyd edək ki, bu amerikalı sənətkarın ölkəmizdə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu “Slown down” ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülüb.


Müəllif: Teleqraf.com