Azərbaycan əsilli iranlı rejissor Məcid Məcidi neçə illərdir davam edən Məhəmməd peyğəmbərin həyatından bəhs edən filmin çəkilişlərini başa vurub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 35 milyon dollar büdcəsi olan filmdə peyğəmbərin uşaqlıq illəri əks olunub. Filmin 2015- də Berlin Festivalında nümayişi planlaşdırılır.
Qeyd edək ki, M.Məcidi “Səma övladları”, “Cənnətin rəngi”, “Sərçələrin nəğməsi” və s. filmlərlə dünyada tanınıb. Onun “Cənnətin rəngi” filmi Amerikada 2000- ci ilin ən yaxşı 10 filmi siyahısına daxil edilib.
Pərvin