Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Vaqif Səmədoğlunun yeni şeri sosial şəbəkələrdə paylaşılıb.
Teleqraf.com sosial şəbəkələrdə müzakirələrə səbəb olan şeiri təqdim edir:
Ağrısız
Bir az yatmaq istəyirəm...
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...