18 İyun 2021 14:10
5 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.

Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib: "Anam ağır xəstədir. Hepatit C virusundan əziyyət çəkir. Xəstəxanada idi, indi evə gətirdik. Müalicəsi evdə davam edəcək".

Xalq artistinin oğlu atasının 40 mərasiminin keçməsinə baxmayaraq məzar daşının qoyulmamasına da münasibət bildirib: "Anamın müalicəsinə başımız qarışıb. Müalicə bitən kimi atamın məzar daşını düzəltdirəcəyik. Mədəniyyət Nazirliyinə müraciət etməmişik. Hələ ki maddi imkanımız yoxdur, anam üçün dərmanlar alırıq".

Qeyd edək ki, Arif Quliyev 70 yaşında koronavirusdan dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Xalq artistinin 40 mərasimi keçsə də məzar daşı qoyulmayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər